"Sudan səmərəli istifadə edək" - Şurud kənd sakinləri ilə maarifləndirici söhbətlər aparılıb

Ölkəmiz dünyada su ehtiyatları az olan ölkələrdən biridir. Buna görə də hər birimiz sudan qənaətlə istifadə etməli, müasir texnologiyanın tətbiqində daha maraqlı olmalıyıq. Bütün bunları nəzərə alaraq Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları mütəmadi olaraq kəndlərdə yaşayan təsərrüfatçılarla görüşlər keçirir və əhalinin sudan səmərəli istifadə etməsi üçün maarifləndirici söhbətlər aparırlar. Bu məqsədlə icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Novruzov və Yaycı Bələdiyyəsinin sədri Nadir Tağıyev Şurud kəndində sakinlərlə görüşərək mövzu ilə bağlı söhbət aparıblar.