Su ehtiyatlarından qənaətlə və səmərəli istifadə etmək və suvarmada müasir tipli avadanlıqların istifadəsinə yönələn silsilə tədbirlər davam etdirilir. Növbəti belə tədbir Culfa rayonunun Ləkətağ kəndində keçirilib. Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Novruzov və Milax Bələdiyyəsinin sədr müavini Saleh Quliyev kənd sakinləri ilə görüşərək mövzu ilə bağlı maarifləndirici söhbət aparıblar.