"Sudan səmərəli istifadə edək" - Dizə kənd sakinləri arasında maarifləndirici söhbətlər aparılıb

Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Novruzov və Yaycı Bələdiyyəsinin sədri Nadir Tağıyev rayonun Dizə kəndindən olan təsərrüfatçılarla görüşərək su ehtiyatlarından səmərəli  və qənaətlə istifadə edilməsi mövzusunda maarifləndirici söhbət aparılıblar.