Su ehtiyatlarının qorunması və əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə Gülüstan kəndində tədbir təşkil olunub

Gülüstan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə keçirilən görüş Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi, Culfa şəhər Bələdiyyəsi və kənd icra nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə kənd sakinləri ilə görüşərək, sudan səmərəli və qənaətlə istifadənin vacibliyi vurğulanıb. Çıxış edənlər iqlim dəyişikliyi, qlobal istiləşmə və su ehtiyatlarının getdikcə azalması fonunda suya qənaətin hər bir vətəndaşın borcu olduğunu qeyd ediblər.

Qeyd olunub ki, kənd təsərrüfatı sahəsində və məişətdə suya qənaət edən müasir texnologiyaların tətbiqi, habelə əhalinin düzgün məlumatlandırılması bu sahədə mühüm rol oynayır.