Su qaynaqlarının azalması, içməli və suvarma suları üçün yararlı olan mövcud su ehtiyatlarından qənaətlə istifadə etmək məqsədi ilə silsilə tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir Culfa şəhərində olub. Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Novruzov və Culfa şəhər Bələdiyyəsinin sədri Hüseynli Elza şəhər sakinləri ilə görüşərək mövzu ilə bağlı maarifləndirici söhbət aparılıb.