
Əbrəqunus və Bənəniyar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliklərində keçirilən görüş Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi, Bənəniyar Bələdiyyəsi və kənd icra nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə kənd sakinləri ilə suyun qənaətlə istifadəsi məsələləri müzakirə edilib. Çıxış edənlər son illərdə qlobal iqlim dəyişiklikləri və istiləşmənin təsiri nəticəsində su ehtiyatlarının azaldığını bildiriblər. Vurğulanıb ki, belə bir vəziyyətdə suyun israf edilməsinin qarşısının alınması, müasir suvarma sistemlərinin tətbiqi və məişətdə səmərəli su istifadəsi zəruridir.
Tədbirin sonunda sakinlərə bu sahədə müasir yanaşmalar və texnologiyalar barədə məlumat verilib, su ehtiyatlarının qorunması üçün birgə məsuliyyətin vacibliyi qeyd olunub.