
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sığorta sahəsində maarifləndirici tədbir keçirilib. Culfa Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə iştirakçılara sığorta sisteminin iş prinsipləri, müasir sığorta məhsulları, bu sahədə istehlakçıların hüquqları və risklərin idarə olunması ilə bağlı geniş məlumat təqdim olunub.
Tədbir interaktiv formatda təşkil olunub, iştirakçıların sualları cavablandırılıb, sığorta mexanizmləri üzrə praktiki nümunələr müzakirə edilib.