Yusifov Əbdülməhəmməd Əbdüləzim oğlu

Vəzifəsi: Baş leytenant

Yusifov Əbdülməhəmməd Əbdüləzim oğlu 1959-cu il iyunun 23-də Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. Əbrəqunus kənd tam orta məktəbində, sonra isə Naxçıvan Sovxoz Texnikumunda təhsil alan Əbdülməhəmməd hərb sənətinə yiyələnmək üçün Rusiyanın Vladivostok şəhərində hərbi məktəbə qəbul olunur. Buranı bitirdikdən sonra elə həmin şəhərdə yerləşən hərbi hissələrin birində zabit kimi fəaliyyətə göstərir. Əbdülməhəmməd  1990-cı illərdə erməni quldurlarının torpaq iddiası ilə vətənimizə elan olunmamış müharibəsi zamanı Azərbaycana qayıdır və ordu sıralarına qoşularaq zabit kimi xidmətini davam etdirir. Milli Ordunun zabiti kimi Birinci Qarabağ müharibəsində böyük şücaət göstərən Əbdülməhəmməd Yusifov bölük komandiri vəzifəsinə qədər yüksəlir. O, xidmət etdiyi Tərtər bölgəsində 28 iyul 1995-ci ildə mina partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalır. Ailəli olan şəhidimiz Əbrəqunus kənd qəbiristanlığında dəfn olunub.