Vəzifəsi: Əsgər
Quliyev Rəqib Telman oğlu 1973-ci il noyabrın 14-də Culfa rayonunun Boyəhməd kəndində anadan olub. O, 1989-cu ildə Boyəhməd kənd tam orta məktəbini bitirərək Qazançı kəndindəki Texniki Peşə Məktəbində təhsilini davam etdirir. Buranı bitirdikdən sonra, 1991-ci ildə həqiqi hərbi xidmətə çağırılır. Rəqib birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Milli Ordusunun tərkibində erməni-quldur dəstələrinə qarşı hərbi əməliyyatlarda iştirak edir. Rəqib Quliyev 1994-cü il aprel ayının 30-da Ağdam rayonunun Qərvənd kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlir. Subay olan şəhidimiz Boyəhməd kənd qəbiristanlığında dəfn olunub.