Əliyev Babək Əsgər oğlu

Vəzifəsi: Leytenant

Leytenant Əliyev Babək Əsgər oğlu 1997-ci il  oktyabr ayının 1-də Culfa rayonunun Ləkətağ kəndindəanadan olub.2004-2013-cü illərdə Ləkətağ kənd tam orta məktəbində,2013-2016-cı illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2020-ci ildə həmin məktəbi bitirib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirdikdən sonra leytenant rütbəsi ilə Kəlbəcər rayonunda xidməti vəzifəsini yerinə yetirib. Babək 5 avqust 2022-ci il tarixdə Kəlbəcər rayonunun şərqində, Azərbaycan Ordusunun apardığı “Qisas” əməliyyatı ilə nəzarətə götürülmüş ərazidə düşmən tərəfindən basdırılmış minanın partlaması nəticəsində şəhid olub. Babək Əliyev 2018-ci ildə Ali Hərbi Məktəbdə oxuduğu dövrdə “Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı ilə ölümündən sonra isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif olunub. Subay olan şəhidimiz Culfa rayon Ləkətağ kənd qəbiristanlığında dəfn olunub.