Vəzifəsi: Baş çavuş
Hüseynli Rəşad Ramiz oğlu 21 may 2000-ci ildə Culfa rayon Yaycı kəndində anadan olub. 2006-2017-ci illərdə Yaycı kənd 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2020-ci illərdə Şahbuz rayonunda Nsaylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurub. 2021-ci ildən Azərbaycan Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində işə başlayıb. Hərbi xidməti dövrü Cəlilabad, Cəbrayıl və Zəngilan rayonlarında olub. 2022-ci ilin sentyabr ayının 15-i Zəngilan rayonu istiqamətində şəhid olub. Ölümündən sonra "Azərbaycan bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub. Subay oaln şəhidimiz Culfa rayon Yaycı kənd qəbiristanlığında dəfn edilib.