Vəzifəsi: Əsgər
Həsənov Zakir Sabir oğlu 1974-cü il aprel ayının 26-da Culfa rayonunun Bənəniyar kəndində anadan olub. Bənəniyar kənd tam orta məktəbində təhsilini başa vuran Zakir hərbi xidmətə yollanır. Birinci Qarabağ müharibəsi zamanı Muxtar respublikanın müxtəlif bölgələrində xidmət etdikdən sonra öz ərizəsi ilə Tərtər bölgəsinə göndərilən Zakir Həsənov xidmətini ön cəbhədə davam etdirir. O, bir neçə uğurlu döyüş əməliyyatlarında iştirak edir və cəsurluğu ilə yoldaşlarının rəğbətini qazanır. Bənəniyar kəndinin vətənpərvər oğlu Zakir Həsənov 12 aprel 1995-ci ildə Tərtər rayonu istiqamətində minaya düşərək qəhrəmancasına şəhid olur. Subay olan şəhidimiz Bənəniyar kənd qəbiristanlığında dəfn olunub.