Salataq kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib

Culfa Rayon İcra Hakimiyyəti rəhbərliyinin yerlərdə vətəndaşlarla mütəmadi görüşləri davam edir. Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova növbəti vətəndaş qəbulunu Saltaq kəndində keçirib. Qəbulda kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Vətəndaşların müraciətlərinin bir qismi yerində cavablandırılıb, digərləri isə araşdırılması və icrası təmin olunması üçün qeydiyyata alınıb. Sara Hüseynova qaldırılan hər bir məsələnin diqqətlə araşdırılacağını və həll edilməsi üçün müvafiq addımların atılacağını qeyd edib.

Qəbulda iştirak edən sakinlər yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.