Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynovanın növbəti səyyar qəbulu Gülüstan kəndində keçirilib. Görüşdə icra hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər. Qəbul zamanı kənd sakinlərinin ümumi problemləri müzakirə edilib, arzu və təklifləri dinlənilib, yol, torpaq və məşğulluqla bağlı səsləndirdikləri məsələlərə qanunamüvafiq izah verilib, problemlərin aradan qaldırılması istiqamətində müəyyən tapşırıqlar verilib. Sakinlər müraciətlərinə operativ baxılması üçün yerlərdə təşkil olunan qəbula, həmçinin göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.