Şəhidlərin məzarları ziyarət olunub

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Bənəniyar kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidləri Hüseynov Şamil Telman oğlunun, Əliyev Hüseyn Abbas oğlunun və Həsənov Zakir Sabir oğlunun məzarlarını ziyarət edib. Ziyarət zamanı şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.