Şəhidlərin məzarları ziyarət edilib

Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında daim yaşayır, onların qəhrəmanlığı böyük ehtiramla anılır.

Novruz bayramı münasibətilə şəhidlərin məzarları ziyarət edilmiş, ailələri ilə görüşərək onlara bayram təbrikləri çatdırılmışdır.

Ənənəyə uyğun olaraq, bu il də Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova icra hakimiyyətinin əməkdaşları ilə birlikdə şəhidlərin məzarlarını ziyarət edərək, onların əziz xatirələrini ehtiramla anmışlar.