
1992-ci ildə Sədərək istiqamətində gedən döyüşlər zamanı canlarından keçən şəhidlərimiz Əliyev Kamran Yaqub oğlu və Ramazanov Hidayət Əjdər oğlunun anım günləri qeyd olunub. Anım tədbirində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.