
Culfa rayonunda şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi daim diqqətdə saxlanılır. Bu çərçivədə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov və icra hakimiyyətinin əməkdaşları Birinci Qarabağ müharibəsi şəhidi Məmmədov Yaşarın atası Allahverdi Məmmədovu səhhətində yaranmış problemlə əlaqədar evində ziyarət ediblər.
Ziyarət zamanı şəhid atasının səhhəti ilə maraqlanılıb və qeyd olunub ki, şəhid ailələrinin hər bir üzvünün qayğısı ilə maraqlanmaq, onların sosial rifahına diqqət yetirmək dövlət və cəmiyyət üçün ən ümdə vəzifələrdən biridir.
Şəhid atası Allahverdi Məmmədov göstərilən diqqətə görə minnətdarlığını bildirib və dövlətin daim onların yanında olmasından məmnunluğunu ifadə edib.