Şəhidlərimiz xatirələrdə daima yaşayacaq.

Ölümləri ilə ölümsüzlüyə qovuşan şəhidlər heç vaxt unudulmur. İllər keçsə də daima xatirələrdə yaşayacaq şəhidlərimizdən biri də Zeynalov Mahmud Zeynalabdin oğludur. 1962-ci il dekabrın 20-də Culfa rayonunun Ərəzin kəndində dünyaya göz açan Mahmudun bu gün doğum günüdür. Yaşasaydı ömrünün 62-ci ilini qeyd edəcək olan şəhidimizi Culfa Rayon İcra Hakimiyyəti və Sosial Xdmətlər Agentliyinin Culfa rayon sektorunun əməkdaşları məzarı başında yad ediblər və ailə üzvlərinə baş çəkiblər.