Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsini fəth edən Əliyev Kamran Yaqub oğlu və Ramazanov Hidayət Əjdər oğlu anım günləri ərəfəsində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və məktəblilər tərəfindən məzarları başında yad ediliblər.