Əsrlər keçsə də, xalqımızın yaddaşında şərəfli qəhrəmanlar kimi həkk olunan şəhidlərimiz hər zaman xatırlanacaqlar. Çünki Vətən uğrunda döyüşüb şəhid olanlar ölmürlər, daim qəlblərdə yaşayırlar. Belə qəhrəmanlarımızdan biri də 1995-ci ildə Tərtər rayonu ərazisində xain düşmənin basdırdığı minaya düşərək şəhidlik zirvəsini fəth edən bölük komandiri Yusifov Əbdülməhəmməd Əbdüləzim oğludur. Bu gün şəhidimizin doğum günüdür. Əbdülməhəmməd 1959-cu il iyun ayının 23-də Culfa rayonun Əbrəqunus kəndində anadan olmuşdur.