
Şəhidlərimiz hər zaman xalqımız tərəfindən qürurla anılacaq, hörmətlə yad ediləcəklər. Daima xatırlanacaq igidlərimizdən biri də Hüseynov Samir Hüseyn oğludur. Samir 1999-cu ilin bu günü xidməti vəzifəsini yerinə yetirərkən şəhadətə ucalıb. Şəhidimizin anım günündə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının əməkdaşları və ailə üzvləri məzarı başında yad ediblər.