Şəhidimizin anım günündə yad edilib

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə mərdlik və qəhrəmanlıq nümunələri göstərmiş, öz canlarından keçərək şəhidlik zirvəsinə ucalmış igidlərimizdən biri də Quliyev Rəqib Telman oğludur. Rəqib 1994-cü il aprel ayının 30-da Ağdam rayonunun Qərvənd kəndi uğrunda gedən döyüşlərdə şəhidlik məqamına yüksəlmişdir. Bu gün şəhidimizin anım günündə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini,  başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, icra hakimiyyətinin əməkdaşları,  idarə müəssisə əməkdaşları məzarı başında yad ediblər.