Birinci Qarabağ müharibəsi zamanı Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə qoşulan qəhrəman oğullarımızdan biri də Həsənov Zakir Sabir oğludur. Tərtər istiqamətində gedən döyüş əməliyyatlarında igidiliyi ilə seçilən Zakir Həsənov 12 aprel 1995-ci ildə xain düşmənin basdırdığı minaya düşərək qəhrəmancasına şəhid olmuşdur. Şəhidimizin anım günü ərəfəsində Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin və hüquq mühafizə orqanlarının əməkdaşları birgə məzarını ziyarət ediblər.