Şəhidimizin anım günüdr

Azərbaycanın igid övladları Vətənə sədaqətləri və fədakarlıqları ilə xalqımızın tarixində şərəfli iz buraxıblar. Belə qəhrəmanlardan biri də Rusiyanın Vladivostok şəhərində hərbi məktəbi bitirmiş, peşəkar zabit kimi həmin şəhərdə xidmət etmiş Yusifov Əbdülməhəmməd Əbdüləzim oğludur. Əbdülməhəmməd Ermənistanın ölkəmizə qarşı başlatdığı elan olunmamış müharibə zamanı doğma vətənə qayıdaraq ordu sıralarına qoşulur və ixtisaslı zabit kimi fəaliyyətini davam etdirir. Lakin qəhrəmanlıq yolu çox qısa olur. Əbdülməhəmməd 28 iyul 1995-ci ildə xidmət etdiyi Tərtər bölgəsində düşmənin basdırdığı minanın partlaması nəticəsində şəhidlik zirvəsinə ucalır. O, Vətənin müdafiəsi yolunda canından keçməklə əbədiyyətə qovuşur.

Azərbaycan xalqı şəhid zabitimizin qəhrəmanlığını daim ehtiramla xatırlayacaq, onun müqəddəs xatirəsi daim uca tutulacaq. Allah şəhidimizə rəhmət eləsin!