
44 günlük Vətən müharibəsində düşmənin 30 il ərzində möhkəmləndirdiyi və keçilməz hesab etdiyi səddi darmadağın edərək xalqımıza möhtəşəm qələbə sevinci bəxş edən, bu zəfərə imza atan qəhrəman Azərbaycan oğullarından biri də Camaldın kəndində dünyaya gələn şəhidimiz leytenant Qasımov Hafis Cavanşır oğludur. Hafis 2020-ci ilin bu günü Tuğ kəndi istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidimizin anım günü münasibətilə keçirilən tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, rayonda fəaliyyət göstərən hüquq-mühavizə orqanlarının, iadrə, müəssisələrin rəhbərləri, icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.