
1999-cu il avqustun 5-də xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan Hüseynov Samir Hüseyn oğlunun anım günü münasibətilə məzarı ziyarət olunub. Anım mərasimində Culfa Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və şəhidin ailə üzvləri iştirak ediblər.