
11 iyun 1997-ci ildə xidmət etdiyi Şahbuz rayonunun Salvartı yüksəkliyində düşmən hücumunun qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Camaldın kəndinin igid oğlu Məsum Əhmədovun anım günü münasibətilə məzarı ziyarət olunub. Anım tədbirində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, rayon icra hakimiyyətinin əməkdaşları, Sosial Xidmətlər Agentliyinin Culfa rayon Sektorunun əməkdaşları və şəhidimizin ailə üzvləri məzarı başında yad ediblər.