Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsini fəth edən igidlərimizin bizlərə əmanət etdikləri ailələrini mütəmadi olaraq ziyarət edir, qayğıları ilə maraqlanır. Bu gün Sara xanım icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərovla birgə 44 günlük Vətən müharibəsi şəhidi Dünyamalıyev Ceyhun Zeynal oğlunun ailəsini ziyarət ediblər.
Şəhidimizin ailə üzvləri göstərilən diqqətə görə məmnunluqlarını ifadə ediblər.