
2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi və 2022-ci ildə həyata keçirilən “Qisa” əməliyyatında iştirak edən şəhid leytenant Əliyev Babək Əsgər oğlunun bu gün şəhadətə ucaldığı gündür. Babək Kəlbəcər rayonu ərazisində xain düşmənin basırdığı minanın partlaması nəticəsində şəhid olaraq, əbədiyyətə qovuşmuşdur. Şəhidimizin anım günündə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Pois Şöbəsinin rəisi Namiq Həsənov, icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının, rayonda fəaliyyət göstərən idarə, müəsissələrin əməkdaşları və şəhid ailələrinin üzvləri məzarı başında yad ediblər.