İgid ərənlər diyarı Azərbaycanın qəhrəman oğullarından biri də Hüseynov Şamil Telman oğludur. Ermənistan ordusunun Sədərəyə hücumlarının qarşısının alınmasında xüsusi şücaət göstərən Şamil 1992-ci il may ayının 18-də Mil dağı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidimizin anım günü ərəfəsində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov və icra hakimiyyətinin əməkdaşları məzarı başında yad ediblər.