
Vətənin müdafiəsi uğrunda Sədərək, Buzqov və Şadada gedən döyüşlərdə qəhrəmanlıqla vuruşan, 28 avqust 1990-cı ildə düşmənin namərd gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalan Qasımov Tağı Qasım oğlu anım günündə məzarı başında ehtiramla yad edilib. Anım mərasimində Culfa Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının, Hüquq-mühafizə orqanlarının və Sosial Xidmətlər Agentliyinin Culfa rayon sektorunun əməkdaşları iştirak ediblər.