
44-günlük Vətən müharibəsində düşmənin keçilməz hesab etdiyi səddi darmadağın edərək xalqımıza möhtəşəm qələbə sevinci bəxş edən qəhrəman Azərbaycan oğullarından biri də Seyidov Miryasin Mirqafar oğludur. Miryasin 2020-ci ilin bu günü namərd gülləsinə tuş gələrək 22 yaşında şəhidlik zirvəsinə yüksəlib. Şəhidimizin anım günündə Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin əməkdaşları iştirak ediblər. Şəhidimiz ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli " Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.