
Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Seyidov Miryasin Mirqafar oğlunun anım mərasimi keçirilib. 2020-ci il oktyabrın 24-də, 44 günlük Vətən müharibəsi zamanı döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olan Miryasin Seyidovun vəfatının altıncı ildönümü ilə əlaqədar məzarı ziyarət edilib. Mərasim iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Anım mərasimində Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, ictimaiyyət təmsilçiləri və şəhid ailələri iştirak ediblər. Şəhid Miryasin Seyidov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.