
Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi hər zaman uca tutulur, ailələrinə göstərilən diqqət və qayğı davamlı xarakter daşıyır. Bu çərçivədə şəhid Sənan Məmmədovun ailəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əjdər Əliyev və Culfa Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Təbriz Hüseynzadə birgə ziyarət ediblər. Ziyarət zamanı şəhidin ailə üzvləri ilə səmimi söhbətlər aparılıb, onların qayğı və ehtiyacları ilə maraqlanılıb. Bildirilib ki, dövlətimiz və ictimaiyyət şəhidlərin müqəddəs xatirəsini daim uca tutur və onların ailələrinə mənəvi dayaq olmaq hər bir vətəndaşın borcudur.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, Sənan Məmmədovun adının daim qəlblərdə yaşadığını qeyd ediblər.