Şəhid Rəşad Hüseynli doğum günündə məzarı başında yad edilib

2022-ci il sentyabr ayının 15-də  Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman Zəngilan rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Hüseynli Rəşad Ramiz oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib. Tədbirdə  Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.