Şəhid Nihat Seyidovun doğum günü məzarı başında yad olunub

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Seyidov Nihat Mehman oğlunun bu gün doğum günüdür. Nihat 12 iyun 1998-ci ildə Culfa rayonunun Teyvaz kəndində anadan olmuşdur. Şəhidimizin doğum günü münasibətilə məzarı başında keçirilən anım tədbirində Culfa Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.