
1999-cu il iyulun 31-də Culfa şəhərində dünyaya göz açan Vətən müharibəsi şəhidi Məmmədli Nicat Rizvan oğlunun doğum günü münasibətilə Culfa şəhərində anım tədbiri keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əjdər Əliyev, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, rayonun idarə və müəssisə rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.