Şəhid Əliyev Rauf Səxavət oğlunun şəhadətə ucaldığı gündür

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin hər biri xalqımız üçün fəxarət mənbəyidir. İllər ötsə də, nəsillər bir-birini əvəz etsə də onlar heç vaxt unudulmayacaq, xatirələri daima ehtiramla yad olunacaq. Adı hər zaman xatırlanacaq oğullarımızdan biri də Əbrəqunus kənd sakini Əliyev Rauf Səxavət oğludur. 44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə seçilən Rauf 2020-ci ilin bu günü Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Subay olan şəhidimiz Bakı şəhərində yerləşən İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Rauf Əliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", Xocavəndin azad olunmasına görə" və Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.