Şəhid Əliyev Nəzmi Həsən oğlu anım günündə yad edilib

Şəhidlərimiz hər zaman xalqımız tərəfindən qürurla anılacaq, hörmətlə yad ediləcəklər. Daima xatırlanacaq igidlərimizdən biri də Əliyev Nəzmi Həsən oğludur. Nəzmi 13 mart 1993-cü  ildə Naxçıvanın müdafiə qalası Sədərək uğrunda gedən döyüşlərdə düşmənin hücumlarının qarşısını alan zaman şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimizi anım günündə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, icra hakimiyyətinin əməkdaşları və şəhidin ailə üzvləri məzarı başında yad ediblər.