
2020-ci ilin sentyabr ayında başlanan Vətən müharibəsinin və 2022-ci ildə keçirilən “Qisas” əməliyyatının iştirakçısı olmuş şəhid leytenant Əliyev Babək Əsgər oğlunun şəhadətə ucaldığı gün ehtiramla yad edilib. Babək Əliyev 5 avqust 2022-ci ildə Kəlbəcər rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən xain düşmənin basdırdığı minanın partlaması nəticəsində şəhidlik zirvəsinə ucalaraq əbədiyyətə qovuşub. Anım günü münasibətilə Culfa Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin əməkdaşları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad edib, ruhuna dualar oxuyublar.