Şəhid Kənan Rzayevin doğum günü ehtiramla anılıb

1995-ci ilin bu günü rayonumuzun Qızılca kəndində dünyaya göz açan Vətən müharibəsi şəhidi Kənan Əbdürrəhman oğlu Rzayevin doğum günü münasibətilə anım mərasimi keçirilib.   Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Sosial Xidmətlər Agentliyinin Culfa Rayon Sektorunun əməkdaşları, şəhidin ailə üzvləri, kənd sakinləri, hərbi qulluqçular və Kənanın döyüş yoldaşları iştirak ediblər.

Çıxış edənlər şəhid Kənan Rzayevin Vətən müharibəsində göstərdiyi rəşadətdən, onun cəsurluğundan və vətənpərvərliyindən söz açıblar. Vurğulanıb ki, Kənan kimi igidlərin qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq və gənc nəslə örnək olacaq.

Şəhidimizin ailəsi göstərilən diqqətə görə məmnunluqlarını bildiriblər.