Şəhid Kənan Rzayev doğum günündə yad edilib.

Qəhrəmanlıq salnamələri ilə zəngin olan 44 günlük Vətən müharibəsində 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunan şəhid Rzayev Kənan Əbdürrəhman oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib. Şəhidimizin doğum günü münasibətilə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhid ailələri iştirak ediblər