
Vətən müharibəsində Qubadlı şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Quliyev Kənan Vaqif oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib. Kənan Quliyev 11 sentyabr 1992-ci ildə Culfa şəhərində anadan olub. Şəhidimizin doğum günü münasibətilə keçirilən anım tədbirində Ali Məclisin deputatı, Culfa Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının əməkdaşları, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə, təşkilat nümayəndələri və şəhid ailələri iştirak ediblər.