Şəhid Hüseynov Şamil Telman oğlu anım günündə yad edilib

1992-ci il may ayının 18-də Mil dağı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Hüseynov Şamil Telman oğlunun xatirəsi məzarı başında anılıb. Anım mərasimində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, icra hakimiyyətinin əməkdaşları və şəhid ailələri iştirak ediblər.