Şəhid Hüseyn Əliyevin Anım Günü Qeyd Olunub

1994-cü il avqust ayının 18-də Şahbuz rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olan Bənəniyar kəndinin igid oğlu Hüseyn Əliyevin anım günü münasibətilə məzarı ziyarət olunub. Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, rayonda fəaliyyət göstərən idarə və müəssisə əməkdaşları, şəhid ailələri və kənd ictimaiyyəti iştirak ediblər.

Tədbir zamanı şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.