Şəhid Hüseyn Əliyev anım günü münasibətilə yad edilib

18 avqust 1995-ci ildə şəhidlik zirvəsinə ucalan Əliyev Hüseyn Abbas oğlunun anım günü münasibətilə Bənəniyar kəndində məzarı başında anım mərasimi keçirilib. Mərasimdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova, rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının, Sosial Xidmətlər Agentliyi Culfa Rayon Sektorunun və Culfa Rayon Polis Şöbəsinin əməkdaşları, şəhidin ailə üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.