
1992-ci il may ayının 19-da Sədərək rayonu ərazisində, Mil dağı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Teyvaz kəndinin igid oğlu Coşqun Hüseynovun anım günündə məzarı ziyarət olunub. Anım mərasimdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, şəhidin ailə üzvləri və kənd ictimaiyyəti iştirak ediblər.