Şəhid Ceyhun Dünyamalıyevin anım günü ehtiramla yad edilib

zərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. Bu şanlı Qələbənin əldə olunmasında misilsiz şücaət göstərən igid Vətən övladlarından biri də şəhidiz Dünyamalıyev Ceyhun Zeynal oğludur. Ceyhun 8 noyabrda Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimizin anım günü münasibətilə keçirilən mərasimdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, Ali Məclisin deputatı, icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.  Anım mərasimində çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, şəhidlərimizin tarixi Qələbənin əldə olunmasında misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Şuşanın azadlığı uğrunda canından keçən Ceyhun Dünyamalıyev kimi igid oğullarımızın qəhrəmanlığı heç zaman unudulmayacaq, onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.