Şəhid baş çavuş Rəşad Hüseynlinin anım günü keçirilib

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizədə şəhid olan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, baş çavuş Rəşad Ramiz oğlu Hüseynlinin anım günü münasibətilə doğulduğu Culfa rayonunun Yaycı kəndində tədbir keçirilib.

Anım mərasimində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, Sərhəd Qoşunlarının nümayəndələri, şəhid ailələri və kənd ictimaiyyəti iştirak ediblər.